11 avqust 2018 09:35

Bitcoinin  qiyməti  yenidən ucuzlaşır

Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoin ucuzlaşıb.

FED.az xəbər verir ki, Bitcoin  bu gün 5,50% azalaraq   6117 dollar olub.

Eyni zamanda  Bitcoin Cash və Etherum da ucuzlaşıb.Belə ki, Bitcoin cash 8,42% düşərək  551 dollara, Etherumun 12,06 % azalaraq 318 dollar təşkil edib.

Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından  97-i ucuzlaşıb qalan 3-i isə bahalaşıb.

Ən çox bahalaşan kriptovalyuta “Nxt ”dir onun qiyməti 20,11% artıb.

Ən çox ucuzlaşan kriptovalyuta “ODEM”dir ki, qiyməti  27,73% düşüb.

Qeyd edək ki,bitcoinlərin ümumi bazar dəyəri 209 035 878 620 dollar təşkil edir.
 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz