10 avqust 2018 17:53

Trampın "Twitter"də açıqlaması lirəni daha da ucuzlaşdırdı - 6.78-i KEÇDİ

ABŞ Prezidenti Donald Tramp sosial media platforması "Twitter" üzərindən Türkiyəyə dair açıqlama verib.

FED.az  xəbər verir ki, Trump: "Türk lirəsi bizim güclü dollarımız qarşısında sürətlə dəyər itirərkən, Türkiyədən idxal edilən dəmir və alüminiuma yeni vergi gətirirəm. Artıq Türkiyədən idxal edilən alüminiuma 20%, dəmirə isə 50% əlavə vergi gətiririk".

Trampın bu açıqlamasından sonra Türkiyədə dollar sürətlə bahalaşıb və 
Bakı vaxtı ilə saat 17:30-da 1 Dollar 6.7844 lirəyə qalxıb.

Bu gün Lirə 22%-dən çox ucuzlaşıb.

Hazırda Türkiyədə dollar 6.63 lirə təşkil edir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz