10 avqust 2018 16:43

"Yastığın altındakı dollar və avronu Türk Lirəsinə çevirin"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə vətəndaşları qarşısında çıxış edib.

 

FED.az xəbər verir ki, Ərdoğan, "Dollar-molar ilə bizim yollarımızı bağlaya bilməzlər. Yenə də deyirəm, yastığının altında dolları, avrosu olan varsa Türk Lirəsi ilə xırdalasın. Bu bir milli mübarizədir. Bizə qarşı iqtisadi müharibə elan edənlərə qarşı cavab olacaqdır. Bu gün deyil, nə vaxt olacaq? Yerli pulumuzla bunlara cavab verək" deyib.

Dollar 6 lirəni keçdi! - YENİ REKORD - TƏCİLİ - YENİLƏNİR

"Hər cür ssenari bizə vız gəlir" deyən Prezident Ərdoğan, "Ölkəmizə diz çökdürmək üçün etmədikləri qalmadı" ifadələrini istifadə edib.


 
"FAİZ  LOBBİSİ BU ÖLKƏNİ ÇÖKDÜRMƏYƏCƏK"


 
Ərdoğan sözlərini belə davam etdirib:  


Lirəni iqtisadi yolla xilas etmək olmayacaq - ANALİTİKA

"Türkiyənin iqtisadi göstəricilərində ən kiçik bir çətinlik olmadığı halda süni maliyyə hücumlarına məruz qalırıq. Bu hücumların səbəbinin çox başqa olduğu aydındır. Bütün ölkələrlə maraqlarımız uyğun gəldiyi nöqtədə əməkdaşlıq edirik, ayrıldığı nöqtələrdə müzakirələr ilə həll etməyə çalışırıq. Təhdidlərə baxıb ələrini ovuşduranlar heç boşuna həvəslənməsinlər. Faiz lobbisi bu milləti çökdürə bilməyəcək. İnqilabçılara təslim olmadığımız kimi, lobbiçilər ilə də mübarizə aparacağıq".
 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz