10 avqust 2018 16:41

250 manata “07” lazımdır?  - AVTOMOBİL HƏRRACI

Azərbaycanda dövlətə, banklara və digər şəxslərə borcu olan şəxslərin müsadirə edilmiş bir çox avtombilləri  satılır. FED.az xəbər verir ki, belə avtombillər müxtəlif formalarda – banklar tərəfindən və ya ixtisaslaşmış  hərraclarda satışa çıxarılır. Belə hərraclardan biri olan  - Azərbaycan Respulikası Xammal və Əmtəə Birjasında hazırda Vergilər Nazirliyi,  Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə bankların, fiziki və hüquqi şəxslərin avtombilləri hərraca çıxarlıb. İndiyədək birjada hərracda 684 avtomobil çıxarlıb ki, bunun da 540-ı Bakıda,qalan 144-ü isə digər bölgələrin payna düşür.Bu avtombillər ən maraqlılarını təqdim edirik:

 

500 manata qədər olan avtomobilər

Hərraca çıxarlan maşınlardan 24 avtomabilin qiyməti 500 manata qədərdir. 500 manata qədər olan avtomobilərdən ən ucuzu “UAZ-3303” markalı minik avtomobilidir (1999, beyaz gecə rəng,) qiyməti 190 manatdır.  Ləğv prosesində olan “Alfa Sığorta” ASC-yə məxsus motosikl “Haojue 110-2” 400 manata əldə edə bilərsiniz. “Daevvoo super salon” markalı minik avtomobili (1996, qara metal rəng, vəziyyəti –əsaslı təmirə ehtiyacı var) qiyməti 500 manatdır bu avtomobili - məhkəmə qərarı ilə satışa çıxarılıb.

 

255 və 300  manata 07 əldə edin

Hərracda cəmi 255 və 300  manata 07 əldə edə bilərsiniz. FED.az xəbər verir ki, ən ucuz “VAZ 21074” markalı minik avtomobili (buraxlış ili 2011 qara metal rəng vəziyyəti-qəzalı vəziyyətdədir) qiyməti 255 manat. “VAZ 21074” markalı minik avtomobili (buraxlış ili 2011 qara metal rəng vəziyyəti-qəzalı vəziyyətdədir) hərrac  qiyməti 300 manatdır.

 

27 min manata otbiçən kombayn və 68 min manata ekskavator

Hərracda az bir məbləğ ödəməklə kombayn və ekskavator ala bilərsiniz. “E-281” markalı otbiçən kombayn qiyməti 27 201 manatdır - məhkəmə qərarı ilə satışa çıxarılıb. Qaradağ rayonu: “JCB 330” markalı ekskavator qiyməti 68 min manatdır- məhkəmə qərarı ilə satışadır.

 

Ən bahalı avtomobillər

FED.az xəbər verir ki, hərracda ən bahalı avtomobil “Lexus GX460”dir. 2014-cü il istehsalı olan  ağ mirvari rəngli avtomobil 88 min manata satılır.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin