10 avqust 2018 15:54

Global Influencer Day 2018 – Tədbirdə nələr baş verəcək?

Oktyabr ayında ölkəmizdə növbəti mötəbər bir tədbir təşkil olunacaq – Global Influencer Day 2018

Xatırlayırsınızsa ötən il Bakıda Dreamland’da Influencer Day baş tutmuşdu. Çox maraqlı, sektorun önəmli simalarını bir araya toplayan, dinamik və faydalı bir tədbir günü keçirmişdik. Aşağıdakı videoda həmin günə qısaca nəzər sala bilərsiz:

Bu dəfə isə dijitalla, influencer marketinqlə əlaqəli təkcə yerli mütəxəssislər deyil, GoogleInstagramForbesOnedio və s. kimi məşhur platformaların nümayəndələri, hətta S. Ərəbistanı vətəndaşlığı almış ilk süni intellektli robot Sophia da tədbirdə spiker kimi iştirak edəcək!

Screen Shot 2018 08 06 at 16.50.52 - Global Influencer Day 2018 - Tədbirdə nələr baş verəcək?

26-29 oktyabr tarixlərində baş tutacaq tədbirdə “Influencer Marketing Conference”, “Influencer Award Ceremony”, “Influencer Party”, “Content tour with Influencers” və “Workshop”lar təşkil ediləcək. Tədbirin dili ingilis dilində olsa da, bir neçə dilə sinxron tərcümə olunacaq. Odur ki, ingilis dilində səlis başa düşməyən insanlar da rahatlıqla tədbirə qatıla biləcək.

Tədbir Keepface və FA International Trade Events şirkətinin təşkilatçılığı ilə baş tutur. Mediamark Agentliyi və Leo Burnett tədbirə kreativ, dijital dəstəyi verir.

Bir sözlə, oktyabr ayında marketinq, biznes sferası üçün əhəmiyyətli bir tədbirlər toplusu olacaq. Artıq biletlər satışdadır və iTicket.azsaytından əldə etmək olar. Avqust ayı ərzində endirimli qiymətlərlərdən yararlanmaq şansı var, zaman keçdikcə qiymətlər artacaq. Hazırda biletlərin qiyməti 50-340 azn ($30-$200) arasında dəyişir.

influencer day ticket bilet almaq - Global Influencer Day 2018 - Tədbirdə nələr baş verəcək?

 

Sosial şəbəkələrdə bəzi dostlar qeyd edir ki, 50 azn qiymət bahadır. Əslində isə belə bir tədbir üçün bu qiymət çox münasibdir. Avropada, ABŞ-da 3 gün davam edən, bu tip spikerlər olan tədbirlər 300-500 dollardan başlayır. Üstəgəl təyyarə bileti, otel, qidalanma xərcləri  ödəyirik ki, o tədbirlərdə iştirak edək. Bu, düşünürəm ki, biznes və marketinq sferasında çalışan yerli mütəxəssislər üçün əla fürsətdir.

Tədbirin qlobala səs salacağına inanırıq!

Vətənə millətə xeyirli olsun! :)


http://orkhanrza.com

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin