10 avqust 2018 14:38

Dollar satışında heç bir limit yoxdur – PALATADAN AÇIQLAMA

Azərbaycanda dolların satışı ilə bağlı heç bir limit tətbiq edilməyib.

Bu barədə FED.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib. Palatanın ictimaiyyətlə əlaqəlar şöbəsinin rəhbəri Elşən Allahverdiyev bildirib ki, hazırda ölkə banklarında valyutay olan tələbatı ödəmək üçün kifayət qədər valyuta ehtiyatv var və bununla bağlı heç bir limit və ya məhdudiyyət yoxdur.  

“Banklarla valyuta almaq istəyənlər limitlə üzləşdikləri halda MBNP-yə müraciət edə bilərlər. Banklar kifayət qədər valyuta resurslarına malikdirlər və satışda heç bir problem yoxdur”, - deyə o, qeyd edib. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz