10 avqust 2018 14:00

Lirəni iqtisadi yolla xilas etmək olmayacaq - ANALİTİKA

Türkiyə rəsmilərinin ABŞ-la münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmaq üçün Vaşinqtona səfər etmələri xəbəri türk lirəsini müvəqqəti bahalaşdırsa da, səfərin nəticəsiz qalmasına dair açıqlamalar yenidən Türkiyənin milli valyutasını ucuzlaşdırdı. Hazırda Türkiyədə dolların məzənnəsi 6 lirə civarındadır.

FED.az xəbər verir ki, ekspertlərin fikrinə görə, qonşu ölkənin valyuta bazarındakı vəziyyəti sabitləşdirmək üçün iqtisadi rıçaq qalmayıb.

Sonuncu dəfə Türkiyə Mərkəzi Bankı lirənin ucuzlaşmasının qarşısını almaq üçün valyuta üzrə məcburi ehtiyat normasını aşağı salaraq bazara 2,2 mlrd. ABŞ dolları məbləğində likvidlik verib. Qurum bundan sonra ən yaxşı halda 100 mlrd. dollarlıq valyuta ehtiyatlarının bir hissəsini bazara çıxara bilər, amma bu, əhəmiyyətsizdir.

Bu gün Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin mövcud vəziyyət barədə açıqlama verəcəyi gözlənilir. Görünən odur ki, qurum Mərkəzi Bankla keçirdiyi görüşlərdən sonra valyuta bazarındakı gərginliyin bir müddət davam edəcəyi qənaətinə gəlib və hökümət ölkə iqtisadiyyatı üzərində təzyiqi azaltmaq üçün "B” Planına keçməyə qərar verib. Söhbət dövlət büdcəsi xərcləmələrində intizamın gücləndirilməsindən, dövlət banklarının iqtisadiyyatı dəstəkləməsindən, valyuta riskinə məruz qalmış iqtisadi suyektlərə dövlət dəstəyinin veriləcəyindən, milli valyutaya inamın artırılması üçün müsbət ismarıclardan gedir. 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin