10 avqust 2018 12:08

Dollar Rusiyada da sürətlə bahalaşır – SON MƏZƏNNƏ

Türk lirəsi və İran rialı ilə yanaşı, rus rublu da dollar qarşısında sürətlə ucuzlaşıb. FED.az xəbər verir ki, bu gün Rusiyada dollrın məzənnəsi 67 rublu keçib. Nəticədə qısa müddət ərzində dollar 67,03 rublu keçib ki, bu da 2016-cı ilin avqustundan indiyədək ən yüksək məzənnədir.

Dollar 6 lirəni keçdi! - YENİ REKORD - TƏCİLİ - YENİLƏNİR
 

Rusiyada avro da bahalaşır, amma bu gün onun məzənəsi təqribən 6 qəpik azalaraq 76.89 rubl olub.

Rusiyada dollar və avronun bahalaşması ABŞ-ın Rusiyaya və son vaxtlar onun yaxın müttəfiqlərindən birinə çevrilən Türkiyəyə qarşı sanksiyaları fonunda baş verir. Belə ki, rublla yanaşı, türk lirəsi də daha sürətli ucuzlaşaraq dəyərinin 10%-ə yaxınını itirib.

İş o yerə çatıb ki, avrozonanın vahid bank requlyatoru – SSM hesab edir ki, Türkiyədəki vəziyyət Avropanın iri banklarına, xüsusilə də BBV-yə mənfi təsir edəcək.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin