03 avqust 2018 12:47

Yarim ildə cami 120 min manat qazanıb

Rusiyanın "AvtoVAZ" Konserninin Azərbaycanda rəsmi idxalçısı “Xəzər Lada” ASC 2018-ci ilin birinci yarısını 120 min manat xalis mənfəətlə başa vurub. 

Qeyd edək ki, ASC 2017-ci ili 200 min manat, 2016-cı ili 400 min manat, 2015-ci ili də 400 min manat xalis mənfəət ilə bağlamışdı.

FED.az ASC-nin hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə “Xəzər Lada” ASC-nin cəmi gəlirləri 6 milyon 827 min manat, cəmi xərcləri isə 6 milyon 677 min manat təşkil edib. Nəticədə 150 min manat xalis maliyyə gəliri əldə edilib. Gəlirdən 30 min manat mənfəət vergisi ödənilib. 

“Xəzər Lada”nın cəmi gəlirləri 2016-cı ildə 15 milyon 732 min manat, 2017-ci ildə isə 13 milyon  586 min manat təşkil etmişdi.  



Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin