30 iyul 2018 12:53

Maşın bazarında qiymətlər artır

Azərbaycanda bu ilin iyun ayında minik avtomobilləri 0,1% bahalaşıb. Velosipedlərin qiymətində isə 0,2% artım qeydə alınıb.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbərə verir.

"Hyundai" yeni modelini təqdim etdi - QİYMƏT​

İllik müqayisədə isə minik avtomobillərinin qiymətində 1,4% azalma, velosipedlərin qiymətində 5,2% artım qeydə alınıb.

Minik avtomobilləri yanvar ayında 0,3% ucuzlaşıb, fevral, mart, aprel aylarında isə qiymət sabit qalıb, may ayında 0,1% bahalaşıb.

Velosipedlərin qiyməti isə yanvarda 0,7% bahalaşıb, fevralda qiymət sabit qalıb, mart ayında isə yenidən 0,3%, aprel ayında 0,1%, may ayında 0,3% artıb.

Rəsmi statistikaya əsasən, iyunda 1 minik avtomobili üçün orta qiymət 34 407manat, velosiped üçün isə 162 manat təşkil edib.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin