30 iyul 2018 11:21

"Hyundai" yeni modelini təqdim etdi - QİYMƏT

Avtomobil sevənlər üçün Hyundai i30 N Line modelini rəsmən təqdim edib. Belə ki, Hyundai i30 N Line, idman avtomobil sevənlərinə xitab edəcək.
FED.az xəbər verir ki, yeni i30 versiyasında 18 düymlük təkərlər, idman önü bölmə və gümüş lentli arxa tampon var. Eyni zamanda avtomobil 1,4 litrlik benzinli turbo mühərriki və ya 1,6 litrlik dizel mühərriki ilə təchiz olunub.

Benzin mühərriki 138 at gücü və 242 Nm tork istehsal edərkən dizel mühərriki 134 at gücünə və 280 Nm fırlanma anına sahib olacaq. Bu rəqəmlər i30 N-nin 271 at gücünə və 352 Nm mühərrikindən çox aşağıdır. Əlbəttə ki, qiyməti də aşağıdır belə ki, maşının qiyməti 35 min dollardır.

Qeyd edək ki, yeni modelin Fransada təqdimatı da olub.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz