21 iyul 2018 13:57

Azərbaycanda avtomobil sərgisi başlayır  - YENİ MODELLƏR

Bu gün Qəbələ şəhərində fəaliyyət göstərən “Qəbələnd” əyləncə mərkəzində “Qafqaz Motor - Şou 2018” avtomobil sərgisi keçiriləcək. FED.az xəbər verir ki, ənənəvi olaraq Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən təşkil edilən bu şouda bu il satışı nəzərdə tutulmuş 15 brendin yeni avtomobilləri, həmçinin bir neçə retro avtomobillər nümayiş olunacaq.

Qeyd edək ki, Qəbələnd əyləncə mərkəzinə giriş xüsusi kartladır. Kartın qiyməti 2 manatdır. Böyüklər üçün giriş haqqı 1 manat təşkil edir, uşaqlar üçün pulsuzdur. Attraksionların qiyməti bura daxil deyil.

Sərgidə hər bir avtomobil və sürət həvəskarları iştirak edə bilər.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin