21 iyul 2018 11:35

“Azərkosmos” ASC – kotirovka sorğusu


FED.az xəbər verir ki,  “IBC 2018” beynəlxalq sərgi və konfransı üçün “Azərkosmos” ASC-nin stendinin təşkil edilməsi xidmətinin satınalınması məqsədilə kotirovka sorğusu keçirir və müvafiq sahədə təcrübəsi olan şirkətləri sorğuda iştiraka  dəvət edir. Qiymət kotirovkaları qapalı zərfdə imzalanıb möhürlənərək Bakı şəhəri, AZ1000, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 72 nömrəli ünvanda, 5-ci mərtəbədə “Azərkosmos” ASC-yə 30 iyul 2018-ci il saat 18.00-a qədər təqdim olunmalıdır. 
Təklif zərfləri 31 iyul 2018-ci il saat 12.00-da qeyd olunan ünvanda açılacaqdır. Zərflərin açılışı ilə bağlı iclasda iştirak etmək istəyən iddiaçı şirkətlər nümayəndələrinin adlarına etibarnamə təqdim etməlidirlər.
 Əlaqə nömrəsi: +99412 565-00-55.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin