17 iyul 2018 11:27

Azərbaycan Universiteti təhsil haqqını aşağı saldı


Azərbaycan Universiteti MBA Proqramı üzrə illik təhsil ödənişini 2500 manatdan 2000 manata endirdi.
FED.az xəbər verir ki, proqrama qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən və ümumi qaydalarla aparılır. Bütün ixtisaslaşmalar üzrə təhsilalma forması əyanidir. Qəbul rus bölməsi ilə birgə aparılır və tədris ingilis dilindədir.
2018/2019-cu tədris ili üçün Azərbaycan Universitetinin MBA Proqramına qəbul aşağıdakı ixtisaslaşmalar üzrə aparılır:
* 263125 Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə)
* 263133 Biznesin təşkili və idarə edilməsi (marketinq sahəsi üzrə)
* 263141 Biznesin təşkili və idarə edilməsi (vergi üzrə)
* 263158 Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə)
Ödənişli əsaslarla qəbul olan tələbələr üçün Universitetin öz büdcəsindən maliyyələşən daxili təqaüd proqramı tətbiq olunur. Orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A olan tələbələr üçün aylıq 100 manat məbləğində təqaüd təyin olunur.
Tələbələrə Erasmus+, Mövlanə və DAAD proqramları vasitəsilə xaricdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Avropa və Türkiyənin tərəfdaş universitetlərində bir yaxud iki semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universitetinə transfer olunur.
Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12/13/16/17 (133), 055 220 40 58
Sayt: www.au.edu.az
E-poçt: qebul@au.edu.az
Rəsmi Facebook səhifəsi: www.facebook.com/AzerbaycanUnv
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz