Azərbaycanda modul tipli məktəblər olacaq

Azərbaycanda tezliklə yeni tipli məktəblərin quraşdırılmasına başlanılacaq.

Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq 50 yerlik səyyar məktəb quraşdırılır.

Təhsil Nazirliyindən yerli mətbuata bildirildiyinə görə, ilk dəfə olaraq Lerikin Qələbin, İsmayıllının Yenikənd kənd ümumi orta məktəbləri, Saatlının Mircəlal, Yardımlının Avur, Lənkəranın Təngivan kənd ibtidai məktəbi modul tipli məktəblərlə əvəz olunacaq.

Yeni məktəblərin qısa zaman ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

 

 

Paylaş
Müəllif

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin