14 iyul 2018 20:24

«Yeni məntəqələr yaradın» - SAHİBKARLARA MÜRACİƏT

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarlara müraciət edərək onları ət kəsimi məntəqələri yaratmağa çağırıb. FED.az xəbər verir ki, agentlik bununla bağlı sahibkarlara müraciət yayıb. Qurumdan verilən məlumatda deyilir ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması prosesində iştirakına yüksək qiymət verir.
 
Agentlik ölkə ərazisi üzrə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrini yaratmaq istəyən sahibkarları əməkdaşlığa dəvət edir: «Bildirilir  ki, heyvan kəsimi sahəsində mövcud tələblərə uyğun fəaliyyət göstərmək istəyən hər bir sahibkarlıq subyektinə Agentlik tərəfindən lazım olan bütün köməkliklər göstəriləcək, metodiki xarakterli peşəkar yardım olunacaqdır».
 
Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirində yüksək risk qurupuna daxildir və bu sahədə hər hansı fəaliyyət yalnız qanunvericiliyin tələbləri çərçivəsində mümkündür.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz