12 iyul 2018 10:08

Ərdoğan: Dollar çox qısa müddətdə düşəcək

FED.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandıraraq dollar və faizlər ilə bağlı bəyanatlar verib.

"Biriləri yüksəltməyə çalışsa da, düşdüyünü görəcəksiniz. Dollar çox qısa müddətdə düşəcək, görəcəksiniz. Faizlər də düşəcək. Bu qədər əmin danışıram",- Ərdoğan deyib və sözlərinə belə davam edib:

"Andiçmədən sonra təhvil-təslim başladı. Xəzinə və maliyyə nazirimiz əlbəttə, nə lazımdırsa edəcəkdir. Burada bir çox alətlərimiz var. Növbəti prosesdə inanıram ki, faizin də düşdüyünü görəcəyik. Mən əminəm ki, yalnız dövlət banklarımız deyil, özəl banklarımız da lazım olanda daşın altına əllərini qoyacaqdır. Aşağı faiz məşğulluğun da artmasını təmin edir. İnvestorların, həqiqi sahibkarların investisiya qoyuluşlarını artırmaları, əlbəttə, onlara imkan və əlverişli şərtlər təmin edilməsi ilə mümkündür".

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz