09 iyul 2018 10:19

700 bal toplayanlar üçün – pulsuz iki diplom

UNEC yeni tədris ilindən Universitet Daxili İki Diplom (UDİD) proqramına yeniliklərlə start verəcək. Universitetdən FED.az-a verilən məlumata görə, 2018/2019-cu tədris ilindən UNEC-ə 700 bal toplayaraq qəbul olan tələbələr proqrama ödənişsiz qoşula biləcəklər. 600-dən yüksək bal toplayan abituriyentlər üçün də UDİD proqramında inanılmaz fürsət yaradılıb. Belə ki, 600 və daha yüksək bal toplayaraq UNEC-i seçən abituriyentlərə UDİD proqramı üzrə təhsil haqqında 50 faiz güzəşt tətbiq olunacaq.
 
UDİD proqramının məqsədi bakalavriat səviyyəsində qəbul olunduğu ixtisaslarda müvəffəqiyyətlə təhsil alan tələbələrin ikinci ixtisas üzrə də əlavə təhsil almaqla, rəqabətədavamlı mütəxəssis kimi hazırlanmasıdır. UDİD proqramına qoşulan tələbələr 4 il ərzində iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı əldə edəcəklər.
 
İlkin mərhələdə UDİD proqramı "maliyyə", "mühasibat uçotu və audit" və "marketinq" ixtisasları üzrə açılıb. Qeyd edək ki, UNEC-ə 600 və daha yüksək bal toplayaraq qəbul olunan tələbələr universitetin xüsusi təqaüdünü də qazanırlar.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz