05 iyul 2018 12:34

Dünya çempionatından 5 maraqlı fakt – Qalib nə qədər qazanacaq?

Bildiyiniz kimi, hal hazırda bütün dünyanın diqqəti Russiyaya yönəlib, buna səbəb isə futbol üzrə keçirilən dünya çempionatıdır. Bəs bu möhtəşəm turnir haqqında nələri bilirik? Gəlin 2018-ci ilin  Dünya Çempionatında baş verən 5 maraqlı fakta nəzər salaq.

Fakt 1: Ən maraqlı faktlardan biri odur ki, dünya çempionatının qalibi olan ölkə 38 milyon dollar qazanacaq. 2-ci yerə çıxan ölkəyə 28 milyon dollar, 3-cü pillədə qərarlaşan ölkəyə 24 milyon dollar, 4-cü olan ölkəyə isə 22 milyon dollar ödəniləcək.

Image result for world cup 2018
Kubok
Kredit üçün müraciət et

Fakt 2:  Ən bahalı komandalar sırasında 1-ci yer  Fransa millisinə məxsusdur. Bu yığmanın heyətinin ümumilikdə dəyəri 1,08 milyard avro təşkil edir və ən ucuz komanda isə Panamadır. Amerikalıların ümumi dəyəri 8,43 milyon avro təşkil edir.

Image result for french team world cup 2018
Fransa milli yığması

Fakt 3: 2018 dünya çempionatında Braziliya yeganə ölkədir ki, futbol üzrə keçirilən dünya çempionatlarının hamısında iştirak etmişdir.

Image result for brazil national team 2018
Kuitinyo, Neymar, Q. Jesus

Fakt 4:  Çempionatın ən yaşlı oyunçusu: Essam Əl Hadari (Misir) – 45 yaş

Image result for essam el-hadary
Əl Hadari

Fakt 5:  Xorvatiya millisinin qapıçısı Daniel Subaşiç: ”Həyat yoldaşımın oyunlara gəlməsinə icazə vermirəm. Bir dəfə baxmağa gəlmişdi, həmin qarşılaşmada məğlub olduq”

Related image
Subaşıç

Ən maraqlı faktlardan biri də odur ki, futbol üzrə dünya çempionatına qatılacaq komandaların xüsusi istəkləri ev sahibliyi edən Russiya ölkəsini heyrətləndirib. Yaponlar hər otaqda cakuzi olmasını şərt kimi ortaya qoyublar. Nigeriya yığması otelin otaqlarına yeni yataqlar, son model televizorlar tələb edib. Seneqal yığması fərqli növ bananlardan ibarət meyvə səbəti istəyib, Tunis yığması otaqlarda səssiz havalandırma sistemləri olmasını xahiş edib. Uruqvay komandasının oyunçuları otaqlardakı televizorlarda ikisi Uruqvay kanalı olmaqla, altı İspaniya kanalının da əlavə olunmasını tələb ediblər; Fransa yığması maye sabun və Kaşer əti (yəhudilərin halal əti); İsveçrəli oyunçular hər otaqda yüksək sürətli internet və İsveçrə televiziya kanallarını, Portuqaliya millisi isə xüsusi altı cangüdən, K.Ronaldo üçün də əlavə dörd mühafizəçi ayrılmasını xahiş ediblər.

Bütün bunlarla yanaşı, 2018- ci ilin dünya çempionatı bir çox rekordları və gözlənilməz nəticələri ilə digər dünya çempionatlarından fərqlənir. Favoritlərdən hesab olunan Almaniya, Portuqaliya, Argentina kimi güclü komandalar turnirdə artıq mübarizəni dayandırıblar. 2018 DÇ-da növbəti sensasiya isə Rusiyanın İspaniyanı məğlub etməsi və adını 1/4 finala yazdırması oldu. Burdan da belə nəticəyə gəlmək olar ki, 2018 DÇ-da zəif komanda yoxdu.

Image result for germany national team defeat
Alamaniya milli yığması: Gomez və Hummels

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz