23 iyun 2018 15:45

2018-ci ildə ən çox tələbat olan – 7 PEŞƏ

Ali məktəblərə imtahan və ixtisas seçimi dövrü başlayıb. Deməli gələcək üçün peşə seçməyin də vaxtıdır. Dünya sürətli qloballaşdığına görə, düzgün seçim etmək üçün dünyadakı tendensiyaları da nəzərə almaq lazımdır. FED.az xəbər verir ki, «Forbes»in ekspertləri dünyanın əmək bazarını araşdıraraq ən çox tələbat olan peşələri müəyyən ediblər.

 
1. Proqramçılar
Bu peşə analitik vərdişlər və kompüteri yaxşı bilməyi tələb edir. Özü də ekspertlər bildirir ki, 2018-ci ildə belə mütəxəssislər tapmaq getdikcə çətinləşəcək. Hazırda əmək bazarında bu sahəni lazımi səviyyədə bilən yaxşı mütəxəssislər azdır.

 
2. informasiya təhlükəsizliyi üzrə analitik
Əgər sizin İT sahəsində təhsiliniz varsa, əmək bazarında sizə hələ uzun müddət böyük tələbat olacaq. Belə təhsil olmayanlar isə bu sahəyə yönələ bilərlər.
 
 
3. Maliyyə məsləhətçisi
Müxtəlif nəsillər üzrə maliyyə situasiyaları dəyişirMəsələn indii pensiyaya çıxanlar vaxtilə valideynlərinin qarşılaşdığından fərqli hallarla rastlaşırlar.
Eyni sözləri gənc nəsil haqqında da demək olar. Onlar pensiyaya çıxanda şərtlər indikindən fərqli olacaq. Məsələ təkcə pensiyaya çıxmaqda deyil, hazırda maliyyə sahəsində çoxsaylı qanunlar qəbul edilir. Şərtlər dəyişir. İnsanlar bundan və yeni yaranan imkanlardan sadəcə xəbərsiz ola bilərlər. Ona görə də maliyyə məsləhətçisi peşəsinə böyük tələbat var. Ekspertlər məsləhət görür ki, rəqəmlərlə və insanlarla işləmək istəyənlər bu peşəni seçsinlər.

 
4. Tibb bacısı
Səhiyyə hər il inkişaf edir və tibb bacıları və bu sahənin digər nümayəndələrinə tələbat artır. Analitiklər bildirir ki, bu sahəni seçmək istəyənlər özlərinə əmin deyillərsə, bir neçə kursu gedib özlərini sinaya bilərlər. «İstənilən halda bu peşəni seçənlər qətiyyən işsiz qalmayacaq»-deyə ekspertlər bildirir.

 
5. Tibbi xidmətlər üzrə menecer
Bu peşə çevikliyi ilə seçilir, özü də o qədər çevikdir ki, hətta bu sahədə məsafədən də işləmək olar. Ona görə də gənc nəsil, ofisə bağlanmamaq üçün bu sahəni seçir.

 
6. Fizioterapevt
Ekspertlərin fikrincə, bu ildən başlayaraq dünyada fizioterapevtlərə tələbat kəskin artacaq. 2026-cı ilədək 67 min yeni fizioterapevt vakansiyası yaranacaq. Yəni dünyada bu peşələrin sayı 28% təşkil edəcək, orta maaş isə 85 400 dollardır.

 
7. Tikinti sahəsində mütəxəssis
Əgər fiziki işi sevirsinizsə, əmək bazarında sizə həmişə yer olacaq. Xüsusilə tikinti sektorunda fəhləlikdən layihə menecerinə qədər yüksələ bilərsiniz. Bu sahədə təhsilin olması isə iş yeri probleminin az qala daimilik həlli deməkdir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz