22 iyun 2018 17:55

Gənclər və İdman Nazirliyi - TENDER ELANI

FED.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi MDB iştirakçısı olan dövlətlərin gənclərinin “Yaradıcılıq emalatxanası” Beynəlxalq düşərgəsinin keçirilməsinin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 4658415 nömrəli telefona (faks: 4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs Kərimov Kənan Elman oğlu). İddiaçılar 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi, 4, II mərtəbə, yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorundan) ala bilərlər. Bank: Dövlət Xəzinədarlıq Agentliyi Kod: 210005 M/h: AZ41NABZ 01360100000000003944 VÖEN: 1401555071 SWIFT: CTREAZ22 Alan müştəri: Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi H/h: AZ50CTRE00000000000002147771 VÖEN: 1500171121 Büdcə səviyyəsinin kodu 7 Təsnifat kodu 142340 İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar prosedurda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
-iddiaçının bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyət barədə bank tərəfindən verilmiş arayış;
- təklif (zərflərin açıldığı gündən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- təklifin təminatı (zərflərin açıldığı gündən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 10 iyul 2018-ci il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğində bank təminatını 18 iyul 2018-ci il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərfləri iddiaçıların iştirakı ilə 19 iyul 2018-ci il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz