22 iyun 2018 11:36

«Səyahətə kreditlə getmək çox sərfəlidir» – BANKİRLƏ MÜSAHİBƏ

İndi adamları maraqlandıran əsas məsələlərdən biri yayda necə istirahət etmək, səyahəti necə qurmaq və bunun üçün pulu haradan tapmaqdır. FED.az-ın məlumatına görə, səyahət kreditləri və səyahətə gedərkən qiymətli əşyaların saxlanması mövzusu Azərbaycan Beynəlxalq Bankı və «ASAN Radio»nun yeni layihəsi olan «Bank saatı» radio verilişində (hər cümə saat 19.05-də efirdə) müzakirə edilib. FED.az səyahət kreditləri, onların şərtləri və xaricə gedərkən qiymətli əşyaların saxlanması imkanları ilə bağlı Azərbaycan Beynəlxalq Bankının (ABB) Pərakəndə biznes departamentinin direktor müavini Elşən Cəfərovun «Bank saatı»na müsahibəsini təqdim edir:
 
- Elşən müəllim, bir qədər əvvəl Azərbaycan Beynəlxalq Bankın «Bahar lotereyası» keçirilmişdi. Əsas hədiyyə də Maldiv adalarına səyahət idi. Bu səyahəti kim qazandı?
- Bu nominasiyada bizim qalibimiz təqaüdçü müştərimiz oldu. 63 yaşlı  müştərimiz çox sevinclidir və  səyahət uduşu ikinəfəlik olduğu üçün Maldiv adalarına öz qızı ilə gedəcək.
 
- Həmin şəxsə səyahətə getmək üçün kredit lazım olmadı?
- Xeyr həmin şəxs bizdən kredit götürmüşdü, kampaniyanın  şərtlərinə görəÖ bu lotereyada bizdən kredit götürənlər iştirak edə bilərdi və kredit kimi alınan məbləğin hər 500 manatı bir şans verirdi. Həmin müştərimizin 4 uduş şansı vardı və onu da qazandı.

Müsahibənin video variantına
buradan izləyə bilərsiniz
 
- Bəs ümumiyyətlə səyahətə getmək məqsədi ilə kredit götürmək mümkündür?
- Təbii ki, mümkündür. Azərbaycan Beynəlxalq Bankı (ABB)  bu sahədə öz müştərilərinə daim xidmət göstərib. Səyahəti planlaşdırmadan öncədən də güzəştli şərtlərlə kredit əldə etmək mümkündür.
 
- Deməli sizin bankdan kredit götürüb səyahətə getmək olar?
- Təbii ki.
 
- Bəzən fikirləşirlər ki, səyahət rahatlığın göstəricisidir. Əgər kredit alırsansa səyahətə necə gedəcəksən? Yəni əgər nağd pulun yoxdursa kredit götürüb səyahətə çıxmaq nə dərəcədə doğrudur?
- Mən belə bir məqamı vurğulayım, ümumiyyətlə son dövrlərdə belə bir tendensiya var, səyahət paketləri çox əvvəlcədən alınır, turlar çox öncədən planlaşdırılır. Hətta bir il öncədən səyahəti planlayan müştərilərimiz olur ki, onlar bir il əvvəldən banka müraciət edir, müvafiq şərtlərlə krediti alır. Növbəti səyahəti planlayanadək artıq əvvəlki kreditini qaytarmış olur.
 
- Belə başa düşdüm ki, güzəştli turlar fevralda açılır, yaxşısı da budur ki, krediti də həmin ərəfədə götürmək sərfəlidir. Elədirmi?
- Tamamilə doğrudur. Qiymət ucuz olur, yaya yaxınlaşdıqca qiymətlər artır.
 
- Sizin bankdan belə kreditləri hansı şərtlərlə almaq olar?
- Əlbəttə, dediyim kimi, ABB mütəmadi olaraq güzəştli kredit kampaniyaları elan edir. Bu kredit şərtləri mütəmadi olaraq müştərilərin xeyrinə dəyişdirilir. İstənilən əməkhaqqı və ya pensiya kartı ilə 20 min manatadək krediti bankımızın istənilən filialından əldə edə bilərlər. 5 min manatadək məbləğlərdə isə müştəridən zamin tələb edilmir, hansı ki bu məbləğ səyahət üçün yetərlidir.
 
- Səyahət vaxtında alınsa 5 min manat kifayət qədər yaxşı məbləğdir fikrimcə.
- Bəli, elədir, tam kifayət edir.
 
- Səyahətə gedəndə maliyyə məsələlərini tutaq ki, həll etdik, amma səyahətə gedəndə evdəki qiymətli əşyaları harda saxlamaq olar? Bildiyimə görə bankların bunun üçün də bir xidməti var.
- Bəli, tamamilə düz vurğuladınız. Bankların bununla bağlı müştərilərə təqdim etdiyi depozit qutuları var ki, müştərilər öz dəyərli əşyalarını banka əmanət edərək həmin deposit qutularında saxlaya bilərlər.
 
- Bu xidmət bütün bankalrda var?
- Demək olar ki əksəriyyətində var.
 
- Bu deposit qutusu yəqin ki seyfdir?
- Bəli, fiziki baxımdan möhkəmliyi olan seyflərdir. Qanunvericilik çərçivəsində müəyyən normativlər var ki, o tələblər əsasında yanmayan materialdan xüsusi hazırlanmış seyflərdir.
 
- Bu qutularda nə saxlamaq olar? Həm hüquqi, həm də ölçü baxımından. Ölçüləri nə qədər olur?
- ABB bankının müştərilərə təqdim etdiyi depozit qutuları 3 ölçüdədir. 20 min kub santimetrədək, 20-60 min kub santimetr və 60 min kub santimetrdən artıq artıq olaraq 3 növdür ki, bu ölçülərə də kifayət qədər çox dəyərli zinət əşyası yerləşdirmək olar.
 
- Gəlin təxmini təsəvvür yaratmaq üçün bunu bir qədər açıqlayaq. Deməli 20 min kub santimetr 20 sm eni, 20 sm hündürlüyü və 50 sm uzunu olan bir qutudur, elədir?
- Bəli, tamamilə doğrudur.
 
- Hüquqi cəhətdən bu qutularda hər şey saxlamaq olar?
- Bəli, qızıl-zinət əşyaları, ləl-cəvahirat, hər hansı əmlakla bağlı sənədlər saxlamaq olar. Burada yaradılmış şərait bu əşyaların korlanmasına imkan vermir.
 
- Depozit qutularının xidmət haqqı nə qədərdir? 1 aylıq, 1 illik məsələn
- Az öncə də ölçülərini qeyd etdim, deməli 20 min kübadək olan qutuların aylıq kirayə haqqı 15 manat, 20-60 min kub ölçüdə olanlar üçün aylıq ödəniş 30 manat, 60 min kubdan böyük olan seyflər üçün isə ayda 50 manatdır.
 
- 60 min kub sm təxminən nə qədər ölçüdür?
- Təxmini desək bir qapının ölçüsü qədər olur.
 
- Orada nə saxlayırlar?
- Hər hansı bir texniki avadanlığı saxlayan müştərilərimiz olub praktikamızda. Tutaq ki hər hansı bir layihəyə başlamalıdır, hələ başlamayıb amma avadanlığı əldə edib, onu güvənli bir yerdə saxlamaq üçün müraciət edib.
 
- Tutaq ki, bir qiymətli şəkildir, onu o seyfdə saxlamaq olur?
- Təbii ki.
 
- Bu seyfləri ilboyu istifadə etmək olur? Tək səyahətə gedəndə 1 aylıq yox, elə həmişə orda qiymətli əşya, pul saxlamaq olur?
- Bəli, müştərinin istədiyi müddətə onunla müqavilə imzalanır.
 
- Tutaq ki mən gətirdim seyfə qiymətli əşyamı qoydum, o necə qorunur? Açarı kimdə olur?
- Seyfi açmaq üçün unikal açar olur, o da müştəriyə təqdim edilir. Praktikamızda rast gəlmişik ki, müştəri açarı itirsin, bu halda bankda xüsusi komissiya var ki onlar yığılır və həmin seyf açılır, müştəri ilə razılaşma aktı imzalanır ki, hər şey yerindədir və daha sonra müştəriyə yeni seyf və başqa bir açar təqdim edilir.
 
- Yəni müştəri istədiyi vaxt banka gəlir, nə vaxt istəsə öz əşyalarını götürə bilir və heç kim bunu görmür.
- Bəli, tamamilə doğrudur.
 
- Yalnız bankın işlədiyi saatlarda gələ bilər müştəri?
- Bəli, bankın işlədiyi saatlarda gəlməlidir, amma burda bir haşiyə çıxmaq istəyirəm ki, bizim «Əla Xidmət» Mərkəzimiz var ki, o saat 7-dək işləyir. Biz bu şəbəkəni o xidmət mərkəzində genişləndirməyi planlaşdırırıq. Sadəcə olaraq burda seyflər tamamilə fərqlidir, ona elektron seyflər deyilir ki, onlar xüsusi mexanizmlə çalışan seyflərdir. Bu seyflərdən istifadə üçün müştəri ABB-nin kartını təqdim edir, qeydiyyatdan keçir, xüsusi “cardreader”dən kartı keçirməklə otağa daxil olur.
 
- Hələ otağa girmək üçün kartı daxil etmək lazımdır?
- Bəli, bu təhlükəsizlik məqsədi daşıyır. Daha sonra sensor ekranda öz seyfinin nömrəsini daxil edir. Müvafiq əməliyyatı etdikdən sonra seyf xüsusi mexanizmlə müştəriyə yaxın gəlir, daha sonra öz açarı ilə seyfi açır.
 
- Biz bunu filmlərdə görürük. Deməli bu sizdə də var. Bir məsələni də soruşum. Bankda əşyalar depozit seyflərinə qoyulur, amma sonra bankda hər hansı bir problem baş verir, məsələn bağlanır. Belə olanda müştərinin öz seyfindəki əşyasını götürməsində problem olur?
- Heç bir problem olmur. Çünki seyflər müştəriyə təqdim edilməmişdən əvvəl bankla müştəri arasında icarə müqaviləsi imzalanır. Heç bir maddi məsuliyyət olmadığından dolayı qeyd etdiyiniz hal baş verərsə müştəri banka gəlib öz əşyalarını götürə bilər.
 
- Biz bayaqdan səyahətdən danışırıq, siz özünüz bu yay üçün səyahət planlaşdırırsınız? Əgər sir deyilsə hara gedəcəksiniz?
- Bəli, Türkiyə istiqamətinə səyahət düşünürəm. Mən də səyahətimi öncədən planlaşdırmışam.
 
- Sirr deyilsə, səyahətə gedərkən pul götürəndə hansı məsələləri nəzərə alırsınız?
- Özümlə külli miqdarda nağd vəsait götürmürəm, səyahət artıq alındığı üçün gedəcəyim yerdə daha çox kartla nəğdsiz ödənişlərə üstünlük verirəm. Dinləyicilərə də bu üsuslu tövsiyə edirəm.
 
- Kartınız hansı valyutada olur? Avro, dollar, yoxsa manat?
- Əslində əhali tərəfindən daha çox manatda olan kartdan istifadə edilir. Lakin yenə də getdiyim ölkənin təyinatına uyğun olaraq dəyişir.
 
- Məsələn Türkiyəyə gedəndə hansı valyutada olur kartınız?
- Türkiyədə dollardan istifadə etmək məqsədəuyğundur. Bir məqamı vurğulayım ki, ABB-da həm manat, həm dollar, həm də avro kart aça bilərlər müştərilər.
 
- Avropaya səyahət edəndə hansı kart məsləhətlidir?

- Avro ilə olan kartlar
 
- Ölkə daxilində səyahət edəndə yəqin ki bir bank kimi məsləhət görürsünüz ki, kart götürək, ölkə daxilində kifayət qədər bankomat varmı ki biz gedib pul götürək? Məsələn gecə saat ikidir və bizə nağd pul lazımdır. Yəni, kartımızı salıb pul götürmək üçün kifayət qədər bankomat varmı?
- Bəli, kifayət qədər bankomat var. Mərkəzi Bankın son statistikası tam olaraq ölkə ərazisini əhatə edir. ABB-nın bu məsələdə payı çox böyükdür. Ümumiyyətlə, bu göstəriciyə görə ABB 800-ə yaxın bankomatla müştərilərinə xidmət göstərir.
 
- Tutaq ki mən ölkə daxilində səyahətdəyəm, məsələn Gəncəyə getmişəm və kartımı qəfil itirdim. Mən Bakıya qayıtmadan Gəncədəki filiallarda o kartımı yenidən bərpa etdirə bilərəm? Bir şərtlə ki, pul da kartın içində olsun.
- Bəli, təbii ki ala bilərsiniz. Bu zaman müvafiq müştəri xidməti strukturuna – filial və ya şöbəyə yaxınlaşıb növbəti iş gününədək kartınızı ala bilərsiniz.
 
- Bu təqribən nə qədər müddət çəkir?
- Bu seçimdən asılıdır, təcili və ya adi qaydada ola bilər.
 
- Təcili olsa nə qədər vaxta almaq olar?
- Uzağı növbəti iş günü kartı ala blərsiniz. Hətta sizin misal çəkdiyiniz Gəncə ərazisindən söhbət gedirsə, orada ABB-nın kartları çap olunduğu üçün kartı dərhal əldə edə biləcəksiniz.
 
- Müsahibəyə görə, təşəkkür edirik.




 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin