21 iyun 2018 18:03

Azərbaycanın 12 fındıq şirkəti İsveçrəyə gedir

“Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası iyunun 25-29 tarixlərində İsveçrəyə təşkil olunacaq.

İqtisadiyyat Nazirliyindən FED.az-a daxil olmuş məlumata görə, ixrac missiyasına müsabiqə əsasında seçilmiş fındıq istehsalı sahəsində fəaliyyət göstərən 12 Azərbaycan şirkəti daxildir.

Missiya çərçivəsində Azərbaycan və İsveçrə şirkətləri arasında ikitərəfli görüşlərin təşkili, iqtisadi-ticarət əlaqələrin genişləndirilməsinə dair müzakirələrin aparılması və Azərbaycan məhsullarına dair təqdimatların keçirilməsi nəzərdə tutulur.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin