20 iyun 2018 17:37

Gürcüstanın yeni baş naziri seçilib

Gürcüstan parlamenti Mamuka Baxtadzenin başçılıq edəcəyi hökumətə etimad göstərib.

FED.az “Sputnik”ə istinadən xəbər verir ki, hökumətdə maliyyə, iqtisadiyyat və xarici işlər nazirləri dəyişib.

Belə ki, Nikoloz Qaqua maliyyə, Georgi Çerkezeşvili iqtisadiyyat və dayanıqlı inkişaf, David Zalkaliani isə xarici işlər naziri olub.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz