20 iyun 2018 20:31

ATKİNS şirkəti işçi axtarır - VAKANSİYA

FED.az xəbər verir ki, ATKİNS şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyi işçi axtarır

Vəzifənin adı: Mühəndis-elektrik

İş yeri: Bakı, Azərbaycan

Əsas vəzifə öhdəlikləri:

• Ərazidə  yerləşən elektrik təssərrüfatına nəzarəti  təmin edir;
• Tələb olunan texniki  sənədlərin hazırlanmasını yerinə yetirir;
• Aparılan elektrik quraşdırma  işlərinə daim nəzarət etməli;
• Elektrik təssərüfatında   işləyən  işçılərə təlimat verilməsi;
• Təhlükəsizlik texnikasına, əmək mühafizəsinin qaydalarına və yanğın təhlükəsizliyinə riayət edilməsi;
• Şirkətin daxili iş qaydalarına riayət edilməsi.

Tələb olunan peşə-ixtisas səviyyəsi:

• Müvafiq sahədə ali təhsil;
• Müvafiq sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;
• Azərbaycan dilini yazılı və şifahi surətdə əla bilmək, ingilis və rus dillərini bilmək arzu olunandır;
• AutoCAD, MS Office kompüter proqramlarını bilmək;
• İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
• Yaxşı şəxsiyyətlərarası və ünsiyyət bacarıqları.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - foto şəkil ilə)  hr@bwc.az elektron poçtun ünvanına göndərə bilərlər.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin