16 iyun 2018 16:35

Xaricdə daha çox qazanır, nəinki Azərbaycanda

Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın 2017-ci ildə İsveçrədəki fəaliyyətindən əldə etdiyi gəlirləri 78,63 milyard manat təşkil edib.

FED.az-ın məlumatına görə, bu barədə SOCAR-ın maliyyə fəaliyyəti haqqında hesabatda qeyd edilir. Hesabata əsasən, bu göstərici 2016-cı ildə 40,44 milyard manat təşkil edib.

SOCAR-ın Türkiyədəki fəaliyyəti çərçivəsində ötən il əldə etdiyi gəlirləri isə 4,925 milyard manat təşkil edib. Qeyd edək ki, 2016-ci ilə bu göstərici 3,48 milyard manat olub.

Müvafiq olaraq Birləşmiş Ərəb Əmirliklərində gəlirlər 2017-ci ildə 1,32 milyard manat (2016-cı ildə 1,16 milyard manat), Gürcüstanda isə ötən il 1,185 milyard manat (2016-cı ildə 1,05 milyard manat) olub.

SOCAR-ın digər ölkələr üzrə fəaliyyətindən əldə etdiyi gəlir isə ötən il 1,12 milyard manat təşkil edib ki, 2016-cı ildə bu göstərici 615 milyon manat olub.

SOCAR-ın 2017-ci ildə Azərbaycanda fəaliyyətindən əldə olunan gəlir isə 5,38 milyard manat təşkil edib, 2016-ci il üzrə bu rəqəm 5,17 milyard manat olub.

Qeyd edək ki, hesabata əsasən, ümumilikdə Azərbaycanın Dövlət Neft Şirkəti ötən il 92,57 milyard manat gəlir əldə edib ki, 2016-cı ildə bu rəqəm 51,905 milyard manat olub.

Vergi borcuna görə ev əşyaları satıla bilərmi? – VİDEO

"Sürücülük vəsiqəsinin "ASAN xidmət"də verilməsi mümkün deyil"



@trend

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin