14 iyun 2018 01:50

Dollarla bağlı qərar - UÇOT DƏRƏCƏSİ ARTIRILDI

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

FED.az xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 1,75- 2,0%-dək  artırıb.

Qeyd edək ki, bundan əvvəl FED  martın 21-də  uçot dərəcəsini artırıb.

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

Qeyd edək ki, qurumun mayın 1-2-də keçirilmiş iclasında uçot dərəcəsinin 1,5-1,75% səviyyəsində saxlanılmasına qərar verilib.

Fed-in faiz qərarından sonra Dolların qiyməti çox dəyişməyib. Bakı vaxtı ilə saat 22:10-da Avro/dollar məzənəsi 1.1749 səviyyəsində olub.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin