13 iyun 2018 19:19

Gürcüstan yenə qarışdı - BAŞ NAZİR İSTEFA VERDİ

Gürcüstanın baş naziri Georgiy Kvirikaşvili istefa verib. FED.az xəbər verir ki, baş nazir bu barədə bu gün çağırdığı xüsusi brifinqdə açıqlama verib. 
Baş nazir öz videomüraciətində bildirir ki, yeni hökumətin formalaşdırılmasını parlamentdək i «Gürcü arzusu» koalisiyasının başçısı, məşhur gürcü milyardçısı Bidzina İvanişviliyə həvalə edib. 

Xatırladaq ki, bu həftə Tbilisidə etiraz aksiyaları davam edib. Hökumət bu aksiyaların keçmiş prezident Mixail Saakaşvili tərəfindən təşkil edildiyini bildirir. 
Kvirikaşvili öz çıxışında istefasının səbəbini son aylar İvanişvili ilə aralarında olan fikir ayrılıqları ilə izah edib və bildirib ki, siyasətdən getmir. 
 
FED.az “RİA Novosti”yə istinadən xəbər verir ki, onunla yanaşı ədliyyə naziri Tea Tsulukiani, iqtisadiyyat naziri Dimitri Kumşişvili, xarici işlər naziri Mixail Canelidze və mədəniyyət naziri Mixail Qiorqadzenin də postlarından ayrılacaqları gözlənilir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz