13 iyun 2018 18:02

Tramp neft bazarını çökdürəcək

ABŞ prezidenti Donald Tramp Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) fəaliyyətindən və dünya bazarında neftin qiymətinin yüksək olmasından narazılıq edib. 

FED.az xbər verir ki, dövlət başçısı bu barədə "Tvitter" sosial şəbəkəsindəki səhifəsində yazıb. 

"Neft həddindən artıq bahadır və bu, çox pisdir. OPEC yenidən köhnə işini görməyə başlayıb", - deyə o, qeyd edib. 

Xatırladaq ki, D.Tramp buna oxşar açıqlamanı apreldə də paylaşıb və o zaman əmtəə birjalarında neft qısa müddətə ucuzlaşıb. 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz