13 iyun 2018 17:06

Palata kapital bazarını hərəkətə gətirdi 

FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) IOSCO-nun İdarə heyətinin qərarına əsasən cari ilin iyun ayından təşkilatın Assosiativ üzvlüyünə qəbul edilib.  

Qeyd edək ki, Palata 2018-ci ilin 27 aprel tarixində Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (IOSCO) Katibliyinə rəsmi qaydada müraciət etmişdi. 

Xatırladaq ki, IOSCO qiymətli kağızlar bazarına nəzarət üzrə qlobal standartları müəyyən edən, bu istiqamətdə tənzimlənmə və nəzarət, risklərin müəyyənləşdirilməsi və minimallaşdırılması, habelə maliyyə bazarlarına təsir edə bilən digər məsələlər üzrə xüsusi əməkdaşlıq platformasını təmin edən beynəlxalq təşkilatdır.

IOSCO-nun üzvü olaraq, ölkəmizi təmsil edən Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə standartların hazırlanması, tətbiqi və beynəlxalq səviyyədə harmonizasiyası prosesində iştirak etmək, həmçinin IOSCO-nun təcrübə mübadiləsi, təlim proqramları və biliklərin bölüşdürülməsi platformasından faydalanmaq imkanı əldə edəcəkdir. Bununla yanaşı Palata IOSCO-nun daxili komitələrində, o cümlədən Prezidentlər komitəsi, Avropa regional komitəsi, İnkişaf etməkdə olan bazarlar komitəsində təmsil olunacaq.  

IOSCO-ya üzvlük ölkənin qiymətli kağızlar bazarının qabaqcıl meyarlara uyğunluğunun göstəricisi olmasını nəzərə alaraq, Azərbaycana beynəlxalq investorların cəlbini mümkün edəcəkdir. Bu da, öz növbəsində qiymətli kağızlar bazarının inkişafına töhfə verəcəkdir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin