13 iyun 2018 16:55

Nazirdən açıqlama: İşçi yığırıq

"Mədəniyyət Nazirliyinin iki hissəyə bölünməsi öz-özlüyündə islahatdır. Hazırda nazirliyin qarşısında qoyulan tələblərdən irəli gələn kifayət qədər zəngin yeniliklər olacaq”

FED.az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, xidmət şəbəkəsinə və regionlarda mədəniyyət ocaqlarının təkmilləşməsinə xüsusi önəm veriləcək:

“Eyni zamanda demək istərdim ki, nazirliyin daxilində də yeni şöbələr formalaşıb. Biz onun strukturunu bu gün təsdiq edərək işçiləri qəbul etməyə başlayacağıq. Müasir texnologiyalar, regionlarda mədəniyyət müəssisələrinin inkişafı, xalq yaradıcılığı və kreativ sənaye ilə bağlı şöbələr formalaşacaq. Bunlar hamısı yenilikdir və düşünürəm ki, müsbət nəticələrini verəcək”.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin