13 iyun 2018 16:11

Azərbaycan bankları üçün - YENİ RƏQİB YARANIR

Azərbaycanın maliyyə xidmətləri bazarına tədricən yeni oyunçu daxil olmaqdadır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində olan «Azərpoçt» maliyyə sektorundakı fəaliyyətini genişləndirməkdədir. Artıq burada kredit verilməsi və əmanət qəbulundan başqa, demək olar ki, bütün bank və maliyyə xidmətləri göstərilir.
 2010-ci ildən maliyyə xidmətlərinin göstərilməsinə başlayan «Azərpoçt»da hazırda kassa hesablarının yaradılması və onlara xidmət, ödəniş kartlarının emissiyası, bank köçürmələri və sair  maliyyə xidmətlər var. 2012-ci ildən «Masterkart» beynəlxalq ödəniş  sisteminin tamhüqüqlu üzvü olan şirkət kart təsərrüfatını sürətlə genişləndirməkdədir.
 
1500-ə yaxın filial və şöbə
 «Azərpoçt»un geniş filial şəbəkəsi var. Hazırda ölkədə 1500-ə yaxın poçt şöbəsi var, hətta ucqar kəndlərdə də poçt şöbələri mövcuddur. 2010-ci ilədək bunlar sadəcə poçt şöbəsi idilərsə, maliyyə xidmətlərinin göstərilməsindən sonra bu sistem faktiki olaraq böyük bank və maliyyə şəbəkəsinə çevrilmək potensialı qazanıb. «Azərpoçt»un özündə də gizlətmirlər ki, bunu  şəbəkədən maliyyə xidmətlərinin daha da dərinləşdirilməsi və yayılması üçün istifadə edəcəklər.
 
Kart bazarına daxil olub
Poçt operatorunun daha bir üstünlüyü ödəniş kartlarının emissiyası,  xüsusilə də əmək haqqı kartlarıdır.  Hazırda şirkətin aktiv ödəniş kartlarının sayı 103 min 099 ədəddir. Geniş filial şəbəkəsi sayəsində şirkət ölkənin istənilən yerində kartla əmək haqqı ödəməyə qadirdir. «Azərpoçt»un korporativ müştərilərlə əmək haqqı layihələri vasitəsilə 30 minə yaxın şəxs öz əmək haqqını şirkətin kartları ilə alır. Azərpoçtda bildirirlər ki, buradakı kartlar müasir bank kartlarındakı bütün xüsusiyyətlərə malikdir. O cümlədən internet və mobil bankinq (MilliKart prossesinq mərkəzinin məhsulu olan “CİB”) xidmətləri ilə inteqrasiya olunub.
 
Büdcə işçilərinə əmək haqqı prosesinə qoşula bilər
Yeri gəlmişkən, son vaxtlar büdcə vəsaitlərinin daha səmərəli istifadəsinə çalışan hökumət büdcə təşkilatları işçilərinə əmək haqqı verilməsi üçün operatoru seçimi edərkən özəl sektor bankları ilə yanaşı, dövlətə məxsus olan bu şəbəkənin imkanlarını nəzərdən keçirə bilər. Məsələ bundadır ki, «Azərpoçt» rəsmilərinin fikrincə, buradakı kartlar üzrə tariflər bank sektorundakı digər alternativlərlə müqayisədə daha aşağıdır. Bunların 30 mindən çoxu məhz əmək haqqı kartlarıdır. Böyük ehtimalla bunun üçün imkanlar artıq nəzərdən keçirilməkdədir. Regionlarda yerli bələdiyyələr artıq əmək haqqı və ona bərabər tutulan ödənişlərini “Azərpoçt” MMC-nin emissiya etdiyi əməkhaqqı kartları vasitəsilə əldə edirlər.

 
İş adamları üçün poçt(cari) hesabı açmaq.
Maraqlı xidmələrdən biri də poçt(cari) hesabların açılmaslı və bu hesablar üzrə müştərilərə xidmət göstərilməsidir. Ölkədə aparılan nağdsız ödənişlərin stimullaşdırılması və bununla bağlı getdikcə sərtləşən qaydalar nəticəsində aha çox fiziki şəxs bank hesabı açmalı, müəssisələr isə nağdsız dövriyələrini azaltmalı olurlar. Bu yeniliklər nağd dövriyyənin geniş yayıldığı regionlarda xüsusilə təsirli olacaq. “Azərpoçt” -un geniş filial şəbəkəsi bu tələbata tamamilə uyğundur. Elə indi də poçt operatoru minlərlə hüquqi və fiziki şəxsin hesablarına xidmət edir. Bunlara cari hesabların açılması, hesablar üzərindən qeyri-nağd konvertasiya əməliyyatlarının aparılması, hesabdan bank çıxarışlarının verilməsi(electron və çap), hesaba mədaxil, məxaric, çek kitabçaları vasitəsilə əməliyyatlar, hesab üzərindən köçürmələr və s. daxildir. Hazırda fiziki şəxslər tərəfindən 80 mindən artıq cari hesab açılıb, Hüquqi şəxslər üçün açılan hesabların sayı 3 mindən artıqdır..


Posterminal da satacaq
İş adamları üçün isə poçt operatorunun digər maraqlı xidməti posterminallar ola bilər. Hazırda “Azərpoçt”-un nağdlaşdırma üçün 190 ədəd, nağdsız əməliyyatlar üçün isə 98  posterminalları var. Qurum  ticarət və xidmət müəssisələrinə nağdsız ödənişlərin qəbul edilməsi məqsədi ilə pos terminallar təklif edilir.. Bunların arasında məsafədən idarə olunan kontaktsız pos terminallar da var.
 
Müştərilər ölkədaxili pul köçürməsi sistemi vasitəsi ilə Azərbaycanin istənilən nöqtəsinə, beynalxalq pul köçürməsi sistemləri ilə isə 200-dən çox ölkəyə  pulunu çatdira bilir. Beynalxalq pul köçürmələrini Western Union, Сontakt, Zolotaya Korona, Stefi elektron/poçt pul köçürmələri sistemləri vasitəsi ilə həyata keçirir.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin