13 iyun 2018 15:58

“ASAN xidmət” mərkəzləri 4 gün işləməyəcək 

İyunun 15-18-də Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar olaraq, “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

FED.az xəbər verir ki, bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsi məlumat yayıb. 

İyunun 19-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin