13 iyun 2018 11:30

Bankirlər və çirkli pullar - LƏNKƏRANDA TOPLANTI

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Təlim və Maarifləndirmə Mərkəzi tərəfindən Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Bank əməliyyatları qanunvericiliklə” mövzusunda seminar keçirilib.

Palatadan FED.az-a verilən məlumata görə, seminar zamanı bank əməliyyatlarına dair qanunvericilik tələbləri, bankın aktiv, passiv və vasitəçilik əməliyyatları, nağdsız əməliyyatların qanunverilicik tələbləri və çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirləri müzakirə olunub.

Təcrübə mübadiləsi ilə zəngin və interaktiv olan təlimdə 11 nəfər yerli bank filiallarının əməkdaşları iştirak ediblər. Təlim proqramını uğurla bitirən iştirakçılar sertifikatla təltif olunublar.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin