13 iyun 2018 09:03

Din xadimindən fətva: "Kredit almaq haram deyil"

"İslamda faiz insanlar arasında qadağandır, banklar hüquqi şəxsdir" 

Misirin müftisi (Müsəlmanların din işlərinə baxan, fətva verən səlahiyyətli) Şevkî Allâm, Misir vətəndaşlarını pullarını banklara yatırmağa çağıraraq, faiz ilə bağlı açıqlamalar verib. 

Eləcə də bax: Bitkoinə “halal”lıq verildi – 1000 dollar bahalaşdı

FED.az xəbər verir ki, Allam, Misirdə "El-Nas" televiziya kanalında yayımlanan müsahibəsində, bankların "hüquqi şəxs" hesab olunduğunu vurğulayaraq, İslamdakı faiz qadağasının fiziki şəxslər arasında etibarlı olduğunu deyib.

Misir müftisinin, xalqı "pullarını banklara əmanət qoyaraq iqtisadiyyata dəstək verməyə" çağırması və "banka qoyulan pulun iqtisadi sərmayə" olduğunu söyləməsi ölkədə yenidən faiz mübahisələrini gündəmə gətirib.


"BANKIN VERDİYİ FAİZ HARAM DEYİL"

"Banka qoyulan pul iqtisadi investisiyadır" ifadəsini işlədən Allam, "İqtisadiyyatı dəstəkləmək, dini və vətəni bir vəzifədir" deyib. Onun bu sözləri ikinci dəfə prezident seçilən Əbdul-Fəttah es-Sisi rəhbərliyinə dəstək olaraq şərh olunur.

Misir müftisinin sözlərindən belə çıxır ki, hüquqi şəxs olan banka qoyulan əmanətə (depozitə) görə alınan faiz haram deyil.

@marja

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin