12 iyun 2018 15:48

Ən ucuz kredit naxçıvanlılara verilir - SİYAHI

Azərbaycanda iqtisadiyyata kredit qoyuluşlarının həcmi 11 milyard 815 milyon 783 min manatdır. Kredit almaq üçün ən münbit şərait isə Naxçıvandadır. FED.az Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, kreditlərin orta faiz dərəcəsi naxçıvanlılar üçün 8,5 faiz təşkil edib. Maraqlı bir fakt da budur ki, manatla olan kreditlərin orfa faiz dərəcəsi hətta 8,4 olduğu halda, xarici valyutada naxçıvanlılar yarımayıblar. Belə ki, sərbəst dönərli valyutada kredit qoyuluşları üzrə orta faiz dərəcəsi Naxçıvanda 21.2-dir. Haxçıvana kredit qoyuluşlarının həcmi isə 106 172.7 milyon manat olub.

Eləcə də bax: Ən uzun müddətə nağd pul kredit verən banklar - SİYAHI
 
Qeyd edək ki, kredit qoyuluşları üzrə orta faiz dərəcəsində ən yüksək rəqəmlər Aran iqtisadi rayonundadır. Banklar görünür, bu rayon üzrə risklərini yüksək hesab etdiklərindən kreditlərin orta faiz dərəcəsi 22.5-dir. Lənkəranlılar da krediti ucuz almırlar - 21.9 orta faiz dərəcəsi. Dağlıq Şirvan əhalisinə düşən kreditlər üzrə bu göstərici isə 21.2-dir.

Məlumata görə, ümumi kredit portfelinin 9 milyard 709 milyon 644 min manatı Bakıda cəmləşib. İkinci yerdə kənd təsərrüfatı sektoru üzrə lider olan Aran iqtisadi rayonu dayanır: 506 milyon 056 min manat. Paytaxtın elə özünə qarışmış Abşeron iqtisadi rayonu isə 464 milyon 442 min manatlıq kreditə malikdir. Gəncə-Qazax iqtisadi rayonuna verilən kreditlərin həcmi 449 milyon 255 min manatdır.  Ən az kredit isə hazırda işğalda olan Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə qeydə alınıb – 300.6 milyon manat.
 
Ümumi rəqəmlər isə aşağıdakı kimidir

Regionların adları

Cəmi

Orta faiz dərəcəsi

Azərbaycanda, cəmi

11815783.0

12.0

Bakı

9709643.5

10.5

Abşeron iqtisadi rayonu

464442.3

15.6

Aran iqtisadi rayonu

506055.6

22.5

Dağlıq Şirvan iqtisadi rayonu

66834.6

21.2

Gəncə-Qazax iqtisadi rayonu

449255.1

18.8

Quba-Xaçmaz iqtisadi rayonu

143898.3

20.5

Lənkəran iqtisadi rayonu

181641.8

21.9

Şəki-Zaqatala iqtisadi rayonu

135664.5

20.9

Yuxarı Qarabağ iqtisadi rayonu

51874.1

20.3

Kəlbəcər-Laçın iqtisadi rayonu

300.6

13.3

Naxçıvan iqtisadi rayonu

106172.7

8.5

 

İlhamə Abdullayeva 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin