11 iyun 2018 14:52

Sabah Bakıda yağış yağacaq - HAVA PROQNOZU

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan FED.az-a verilən məlumatına görə, iyunun 12-də Bakıda və Abşeron yarımadasında havanın tutulub-açılacağı, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-19, gündüz 23-27, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyunun 12-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclənən şimal-qərb küləyinin əsməsi nəticəsində nisbətən əlverişsiz hava şəraiti müşahidə olunacaq. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyinin əsməsi nəticəsində nisbətən əlverişsiz hava şəraiti müşahidə olunacaq. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 12-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, iyunun 12-də Abşeron yarımadasında norma daxilində olan temperatur rejimi və mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin