07 iyun 2018 19:01

İki sığorta şirkəti kapital bazarından vəsait cəlb edəcək

“Atəşgah Sığorta" və “Atəşgah Həyat Sığorta" ASC "Bakı Fond Birjası" QSC-nin (BFB) Azərbaycan kapital bazarlarından vəsait cəlb etməyə və bu istiqamətdə şirkətlərə dəstək göstərilməsinə yönəlmiş “Listinq Məsləhət Proqramı”na (LMP) qoşulub. 

"FED.az" BFB-yə istinadən xəbər verir ki, bununla əlaqədar qurumun İdarə Heyətinin (İH) sədri Vüqar Namazov,  “Atəşgah Sığorta"nın İH-nin sədri Azər Əliyev və “Atəşgah Həyat Sığorta"nın İH-nin sədri Azər Əliyevlə saziş imzalayıb. 

Sazişə əsasən, sığorta şirkətləri kapital bazarındakı alətlər vasitəsilə investisiya cəlb olunması, bunun üçün optimal alətlərin seçilməsi, investisiya imkanlarının dəyərləndirilməsi, investorlar üçün təklifin hazırlanması üzrə LMP çərçivəsində təqdim edilən ödənişsiz məlumat və məsləhət xidmətlərindən istifadə edəcəkdir.

LMP-yə qoşulma haqqında saziş imzalandıqdan sonra şirkətlər BFB-də ticarətin başlanmasını simvolizə edən növbəti açılış zənginin iştirakçısı olublar.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin