05 iyun 2018 17:49

Siqarlara tətbiq edilən vergilər artırılır

Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlara və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsi artırılır.

FED.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilir.

Məcəllənin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir. Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 20 manat vergi tutulacaq. İndiyədək bu rəqəm 10 manat olub. 

Layihə Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar plenar iclasında müzakirə olunacaq.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz