04 iyun 2018 10:37

ASA: «Bəzi dövlət qurumları sığortaya mane olur»

Azərbaycanda sığorta şirkətlərinə qarşı narazılıqların əsas səbəblərindən biri dövlət qurumlarında sığorta hadisələrinin araşdırılması ilə bağlı mövcud olan süründürməçilikdir.  Bu barədə FED.az-a Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli bildirib. Onnu sözlərinə görə, bəzi hallarda narazılıqlar sığorta şirkətlərinin özü ilə deyil, bu sahədə çalışan əlaqəli dövlət qurumları və özəl şirkətlərlə bağlı olur.

«Bəzi insanlar sığorta şirkətinin fəaliyyətindən, göstərilən sığorta xidmətinin səviyyəsindən narazı olurlar. Amma nəzərə almaq lazımdır ki, sığorta şirkətlərinin fəaliyyəti digər qurumlardan fərqlidir. Məsələn bankın müştəriyə göstərdiyi xidmət 99% bankın özünün iradəsindən asılı olduğu halda sığorta şirkətinin müştərisinə göstərdiyi xidmətin yalnız 30%-i onun özündən asılıdır».

Eləcə də bax: Yoxlamaların qadağan olunması - SIĞORTANI «TORMOZLAYIB»

M.Abbasbəyli bildirir ki, xidmətin qalan hissəsi sığorta ilə əlaqəli digər qurumlardan asılıdır. Bu qurumlar ya sığorta ödənişi hesabına müştərilərə xidmət göstərir, ya da sığorta hadisəsini rəsmiləşdirmək üçün arayışlar verir: «Xidmətin səviyyəsinin 70%-i yol polisindən, FHN-dən klinikalardan, təmir müəssisələrindən və s. asılıdır. Yəni bu qurumlarda və orqanlarda baş verən bütün proseslər sığorta şirətlərinin öz müştərilərinə göstərdiyi xidmətlərə  təsir edir. Ona görə də biz bu gün sığorta şirkətlərinn xidmət keyfiyyətini nə qədər də artırmağa çalışsaq, həmin o əlaqəli qurumların xidmət səviyyəsi müəyyən səviyyəyə çatmayana qədər biz müsbət nəticə əldə edə bilməyəcəyik».

ASA rəhbəri belə hallardan birinə misal olaraq FHN-nin yanğın arayışları verməsinə toxunub: «Məsələn FHN daşınmaz əmlakın yanğını zamanı arayışın verilməsi, araşdırmaların aparılması və s. ilə məşğuldur. Bəzən bunlar vaxt itkisinə səbəb olur, vətəndaşlar tərəfindən gediş-gəlişə səbəb olur bəzi hallarda ümumiyyətlə həmin orqanlara müraciət  olunamaq istənilmir».

Qeyd edək ki, sığorta hadisələrin xüsusilə geniş yayıldığı avtomobil qəzalarında yol polisinin prosesə müdaxiləsi və yaratdığı vaxt itkisi özünü daha qabarıq göstərir. Bu hallara xüsusilə hadisəni təsdiqləyən arayışın verilməsi zamanı gecikdirmələri göstərmək olar.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz