02 iyun 2018 19:10

"Sumqayıt Texnologiyalar Parkı" işçi axtarır - VAKANSİYA

FED.az xəbər verir ki, Sumqayıt Texnologiyalar Parkı MMC Mühəndis-texnoloq axtarır.  

Departament, şöbə, filial : Kabel zavodu

Vəzifənin adı: Mühəndis-texnoloq

Vəzifə öhdəlikləri:

• Mühəndis-texnoloq, ətraf mühitin təhlükəsizliyini nəzərə alaraq, mütərəqqi, iqtisadi cəhətdən əsaslandılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işləyib  hazırlayır;
• İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən yenidən qurulmasını təşkil edir;
• Xammala,materiala, əmək sərfinə  qənaəti  təşkil edir;
• Məhsulun, işlərin(xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil edir;
• Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnolojı sənədləşdirmənin hazırlanmasını, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət edir;
• Məmulatın hazırlanması, elm və texnikanın nailiyyətlərinin texnologiyanın tətbiqini həyata keçirir;
• Texnolji sistemlərin layihələşdirilməsi, istehsalat kompleksinin avtomatlaşdırılması təşkil edir;
• İstehsalatın texnoloji sxemində baş verən dəyişikliklərin reqlamentində əks olunması üçün texniki şöbəyə müvafiq materiallar təqdim etmək.

Eləcə də bax: "Gilan Construction Group" işçi axtarır - VAKANSİYA

Eləcə də bax: "Baku Electronics" işçi axtarır  - VAKANSİYA

Təhsil/Təcrübə: 

• Ali-texniki təhsil;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli, Rus və ingilis dillərini sənədləşmə səviyyəsində bilməli;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), OHSAS 18001 (Əməyin təhlükəsizliyi və mühafizəsi idarəetmə sistemi), ISO 14001 (Ətraf mühitin idarəetmə sistemi) beynalxalq standartları barədə ümumi məlumatlı olmalıdır.

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında; 
• Müəssisə tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə  təmin edilmə; 
• E-mail: cv@stp.az

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz