31 may 2018 17:32

Rusiyanın Azərbaycana yatırdığı investisiyalar artıb 

"Təsadüfi deyil ki, Azərbaycan ilk ticarət nümayəndəliyini Rusiyada açıb. İki ölkə arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur".

 

FED.az xəbər verir ki, bunu Həştərxanda "Azərbaycan İş Mərkəzi"nin açılış mərasimi zamanı çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. 
 

Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2017-ci ildə 22 faiz artaraq 2 milyard dollara çatıb: “Bu ilin ilk dörd ayında isə ticarət dövriyyəsinin həcmi 30 faiz artıb. Müsbət dinamikanı dəstəkləmək üçün biz Rusiya tərəfindən təşkil olunan sərgilərdə iştirak edirik. "Made in Azərbaijan" brendi altında məhsullarımızı sərgilərdə nümayiş etdiririk. Ötən ilin sonunda Bakıda Rusiya İxracat Mərkəzinin nümayəndəliyinin açılışı olub. İki ölkə arasında investisiya sahəsində əməkdaşlıq xüsusi önəm daşıyır. Azərbaycanın Rusiyaya yatırdığı investisiyanın həcmi 1 mlrd. dolları ötüb. Rusiyanın Azərbaycana yatırdığı investisiyanın həcmi isə 4 mlrd dollara çatıb".

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz