26 may 2018 11:00

Mühacirlər olmasaydı, bu nəhəng şirkətlər yaranmazdı - SİYAHI

Bu gün ABŞ prezidenti Donald Tramp hər nə qədər mühacirlərə qarşı sərt mövqe tutsa da, əslində Amerika məşhur şirkətlərinə görə qaçqınlara borcludur.

FED.az bir neçə nümunəni təqdim edir: 

Suriyalı qaçqın Əbdülfəttah Jandalinin ABŞ-a girişi qadağan edilsəydi, oğlu Stiv Cobs texnologiya nəhəngi "Apple"ı dünyaya qazandırmazdı. Şirkətin CEO-su Tim Kuk "Mühacirət olmasaydı, Apple olmazdı" deyir. 

"eBay"ın qurucusu iranlı Pyer Morad Omidyar və ailəsi Amerikaya buraxılmasaydı, milyonlarla amerikalının rahat şəkildə alış-veriş etdiyi "eBay" bəlkə də heç vaxt qurulmayacaqdı. 

6 yaşında ailəsi ilə birlikdə SSRİ-dən ABŞ-a köç edən Sergey Brin sərhəddən buraxılmasaydı, "Google" adlı axtarış sistemi olmayacaqdı. "Google"un hazırkı CEO-su hindistanlı Sundar Piçai "Apple"ın 200-dək xarici işçisindn biridir. 

Dünyanın ən böyük sosial şəbəkələrindən olan "Facebook"un ortaq qurucusu braziliyalı Eduardo Saverin təhsil almaq üçün ABŞ-a getməsəydi, Mark Zukerberqlə tanış olub "Facebook"u qura bilməzdi.

ABŞ-ın ən böyük müdafiə sistemləri olan Boeing və General Dynamics də mühacirlər tərəfindən qurulan şirkətlərdir. ABŞ ordusuna xidmət edən bu iki şirkətdən "Boeing" ailəsi Avstriyadan mühacirət edən Uilyam Boeing tərəfindən qurulub. ABŞ-da ilk dənizaltı gəmini isə "General Dynamics"in qurucusu, irlandiyalı mühacir Con Holland hazırlayıb.

Intel, IBM, Bank of America,  AT&T, Youtube, Yahoo, Goldman Sachs, Tesla, SpaceX,  Sikorsky və Oracle da mühacirlər tərəfindən qurulan nəhəng Amerika şirkətləridir.

 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin