25 may 2018 20:35

STP işçi axtarır - VAKANSİYA 

STP şirkəti təlim üzrə koordinator vəzifəsinə vakansiya elan edir. 

Vəzifə öhdəlikləri:

• Bütün inzibati məsələlərin vaxtında yerinə yetirilməsini təmin etmək;
• Təlim proqramlarının hazırlanmasında iştirak etmək;
• Müvafiq təlim materiallarını tərcümələr etmək;
• Təlim iştirakçıları və təlimçilər ilə sıx əlaqədə olmaq;
• Bütün təlim materiallarının düzgün şəkildə hazırlanmasına yardım etmək;
• Təlim öncəsi otaqların tam olaraq hazırlanması;
• Tələb olunan hallarda ofisdə ümumi telefon zənglərinə cavab vermək;
• Mərkəzin səmərəli fəaliyyətini təmin etmək üçün tələb olunan digər vəzifələrin icrası.

Təhsil/Təcrübə: 

• Ali təhsil (Magistr təhsili arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat müəssisəsi təcrübəsi arzuolunandır);
• Azərbaycan dilində sərbəst danışmaq, Rus və İngilis dillərini yüksək səviyyədə bilmək;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında; 
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• 5 günlük iş qrafiki
• E-mail: cv@stp.az

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin