25 may 2018 20:30

“Bank Respublika” işçi axtarır - VAKANSİYA 

“Bank Respublika” ASC “Rəqəmsal bankçılıq məhsullarının inkişafı üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

• Bankın rəqəmsal tətbiqləri istifadəçilərinin rəy və təkliflərini öyrənmək məqsədilə təhlillərin aparılması;
• Rəqəmsal tətbiqlərin inkişafında qabaqcıl texnoloji həllərin öyrənilməsi və təhlili;
• Bankın daxili strukturları ilə yeni funksiyaların zəruri olması barədə müzakirələrin aparılması;
• Mövcud tətbiqlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin formalaşdırılması, yeni ideyaların təqdimatlarını hazırlayaraq müzakirəyə çıxarılması;
• Tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanmasında iştirak.

Namizədə qarşı tələblər:

• Rəqəmsal tətbiqlər sahəsinə aid yeniliklərə maraq göstərmək;
• Komanda şəklində çalışmaq və müzakirələr aparmaq bacarığı; 
• Fikrini düzgün və dolğun çatdıra bilmək, müzakirə olunan məsələlərdə proaktiv mövqeyə malik olmaq;
• Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı; 
• Stressə davamiyyətli, çalışqan, öyrənəbilmək və ünsiyyət qurmaq bacarığı;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili yaxşı, İngilis dili arzuolunandır.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 04 iyun 2018-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Rəqəmsal bankçılıq məhsulların inkişafı üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin