25 may 2018 18:19

“VPNFilter” təhlükəsi var - NAZİRLİK XƏBƏRDARLIQ EDİR 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “VPNFilter” təhlükəsi ilə bağlı xəbərdarlıq edir.

Xəbərdalıqda deyilir ki, 54 ölkədə ən azı 500 min şəbəkə qurğusuna yoluxmuş ziyanverici proqram olan “VPNFilter” “Linksys”, “MikroTik”, “NETGEAR”, “QNAP NAS” və “TP-Link” marşrutlaşdırıcıları daxil olmaqla ev və kiçik ofislərdəki (SOHO) şəbəkə qurğularını hədəf alıb.

“VPNFilter” ziyanvericisi yoluxmuş qurğudakı məlumatları filtirləyərək fərdi məlumatların oğurlanmasına gətirib çıxara bilir.

Elektron Təhlükəsizlik Xidməti administratorlara və təsirə məruz qalan cihazların sahiblərinə qurğuları ilkin parametrlərinə qaytarmağı (factory reset) və ən son proqram yeniləmələrini endirib tənzimləməyi, istifadə edilmədikdə cihazdakı uzaqdan idarə üçün giriş funksiyasını (remote administrative access) söndürməyi tövsiyə edir.

ETX eyni zamanda diqqətə çatdırır ki, şəbəkə qurğularının proqram təminatını (firmwire) yeniləmək üçün cihaz istehsalçılarının veb saytına müraciət edilməlidir:

Linksys https://www.linksys.com/cz/support-article?articleNum=132961

MikroTik https://forum.mikrotik.com/viewtopic.php?f=21&t=134776

NETGEAR https://kb.netgear.com/23442/How-do-I-update-my-NETGEAR-router-firmware-using-the-Check-button-in-the-router-s-web-interface

QNAP https://www.qnap.com/en/how-to/tutorial/article/how-to-update-your-qnap-nass-firmware

TP-Link https://www.tp-link.com/us/faq-2212.html

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz