25 may 2018 10:33

Bitkoin sürətlə ucuzlaşır - SON QİYMƏT

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 7 600 dollaradək ucuzlaşıb.

FED.az xəbər verir ki, ötən gün bitkoin 0,8% ucuzlaşaraq hazırda 7655 dollara bərabərdir.

Alternativ kriptovalyutaların qiymətində isə artım qeydə alınıb. Belə ki, "Ethereum" 1,64% bahalaşaraq 614 dollara,  "Ripple" 2% bahalaşaraq 64 sentə, "Bitcoin Cash" isə 2,9% bahalaşaraq 1 068 dollara yüksəlib.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 342,8 milyard dollar təşkil edir və bunun 38 faizi bitkoinin payına düşür.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz