24 may 2018 19:17

Dünyanın ən bahalı brendləri – ADLAR VƏ QİYMƏTLƏR

ABŞ-ın “Forbes” jurnalı dünyanın 100 ən bahalı brendindən ibarət növbəti reytinqi tərtib edib.
FED.az xəbər verir ki, reytinqdə “Apple” korporasiyası birinci olub. Jurnal 8 il ardıcıl olaraq liderliyi əldən verməyən “Apple” brendini 182,8 milyard dollar dəyərində qiymətləndirib ki, bu da ötən illə müqayisədə 8% yüksəkdir. Jurnal Apple-nin nüfuzunu göstərmək üçün bildirir ki, şirkət cəmi 30 milyon smartfon satmaqla 30 milyard gəliri 2 aya qazana bilir.
«Apple»nin əsas rəqibi olan Samsung Electronics – ondan xeyli geri qalır və $47,6 mlrd ilə 7-ci yerdədir. “Google” korporasiyası üçüncü il ardıcıl olaraq reytinqdə ikinci yeri tutub. Bu dəfə internet nəhənginin brendi 132,1 milyard dollar məbləğində qiymətləndirilib ki, bu da illik müqayisədə 30% artım deməkdir.
Reytinqin üçüncü pilləsində qərarlaşmış “Microsoft” korporasiyasının brendi 104,9 milyard dollar dəyərində qiymətləndirilib.
İlk beşlikdə, həmçinin “Facebook” ($94,8 mlrd) və Amazon ($70,9 mlrd) şirkətləri yer alıblar.
İlk 5-likdəki brendlərin ümumi qiyməti 586 milyvrd dollardır ki, bu da son bir ildə 20% artıb.  
Dünyanın 100 ən bahalı brendinin ümumi dəyəri bir ildə 10 % yüksələrək 2,15 trilyon dollar təşkil edib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz

Xəbərlərə abunə ol

Xəbərlərə abunə ol və bizim eksklüziv təkliflərimiz emailinizə göndərilsin