24 may 2018 18:43

UNEC təkrar ali təhsil üçün qəbul - ELAN EDİB

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2018/2019-cu tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu başlayıb.

FED.az xəbər verir ki, təkrar ali təhsil üçün qəbul ancaq elektron qaydada həyata keçirilir. Qəbul olmaq istəyənlər sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar.

Təkrar ali təhsil üçün müraciət http://www.kabinet. unec.edu.az linki vasitəsilə qəbul edilir.

Sənədlərin qəbulu avqustun 1-dək aparılacaq.

Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olduğu halda təkrar ali təhsil ala bilərlər.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz