24 may 2018 09:00

“Azəristiliktəchizat”ın maliyyə vəziyyəti araşdırılacaq

Energetika Nazirliyi mərhələli tədbirlər planının hazırlanması işlərinin satınalınması ilə əlaqədar açıq tender elan edib.

FED.az xəbər verir ki, tender ölkədə dayanıqlı və etibarlı istilik təchizatı sisteminin yaradılması, istehlakçıların fasiləsiz və keyfyyətli istilik enerjisi ilə təmin edilməsi, isitmə məqsədilə istifadə edilən təbii qaz və elektrik enerjisi sərfyyatının azaldılması, enerji resurslarından səmərəli istifadə olunması, yanğın və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə “Azəristiliktəchizat” ASC-nin texniki, təşkilati və maliyyə vəziyyəti ilə bağlı diaqnostik araşdırmanın aparılması və optimallaşdırılma tədbirlərinin həyata keçirilməsi üçün mərhələli tədbirlər planının hazırlanması işlərinin satınalınması məqsədilə həyata keçirilir. Tenderdə iştirak haqqı 350 manatdır. İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklif və bank təminatı istisna olmaqla) 28 iyun 2018-ci il saat 12:00-a qədər, tender təklif və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 11 iyul 2018-ci il saat 11:00-a qədər Energetika Nazirliyinə təqdim etməlidir.

İddiaçıların təklifəri 12 iyul 2018-ci il saat 15:00-da açılacaq.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz